RU

Bakıda müğənnini döyüb çənəsini sındırdılar

Bakıda qonşusunu döyməkdə təqsirləndirilən Kənan Azadovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliti ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, K.Azadov Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

Qeyd edək ki, məhkəmə iclas zalında zərərçəkmiş şəxs İ.Qasımov (ad-soyad şərtidir) bildirib ki, özü müğənnidir. Şadlıq evlərində musiqi ifa edir. Gecə saat 2 radələrində yaşadığı ünvana gəlib və həmin vaxt binanın giriş hissəsinin qarşısında qonşusu Kənanın əlində spirtli içkisi ilə yüksək səslə küçə söyüşləri söydüyünü görüb ona yaxınlaşıb və nə baş verdiyini soruşduqda, sonuncu hədsiz dərəcədə içkili olduğundan qəsdən bir neçə dəfə yumruqla üz nahiyəsindən vurub. Onun içkili olmasını nəzərə alıb, evə qalxıb. Səhərin açılmasını gözləyib və daha sonra aldığı xəsarət ilə bağlı xəstəxanaya müraciət edib. Xəstəxanada həkim müayinəsindən sonra çənə nahiyəsində sınıq xəsarətlərinin olduğu deyilib. Ona görə də DİN-in 102 xidmətinə zəng vuraraq qonşusu tərəfindən döyülməsi barədə məlumat verib.

Şəbnəm Mehdizadə
Избранный
8
e-huquq.az

1Источники