Davos Dünya İqtisadi Forumunda "COP30-a gedən yol" mövzusunda panel müzakirə keçiriləcək. SİA forumun proqramına istinadən xəbər verir ki, tədbir yanvarın 21-də baş tutacaq.
Müzakirədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev, BMT İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil, Braziliya xarici işlər nazirinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo və digər yüksək vəzifəli nümayəndələr iştirak edəcəklər.
Qeyd edək ki, Davos forumu bu il yanvarın 20-dən 24-dək keçiriləcək.