RU

“Ermənistanla ABŞ arasında saziş Rusiya üçün təhlükədir” –Dövlət Dumasından xəbərdarlıq

“Ermənistanla ABŞ arasında əməkdaşlıq sazişi Rusiyanın Cənubi Qafqazdakı maraqlarına təhlükədir”.

Azpost bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, deputat Viktor Sobolev deyib.

Onun sölərinə görə, Ermənistanla ABŞ arasında imzalanan əməkdaşlıq sazişi, ABŞ-ın yeni prezidenti Trampın ölkəsinin təsir imkanlarını genişləndirmək üçün iddialı planları onun Rusiyanın ən ciddi rəqiblərindən birinə çevrilə biləcəyindən xəbər verir.

Viktor Sobolev bu vəziyyəti Rusiyanın Zaqafqaziyadakı maraqları üçün son dərəcə təhlükəli adlandıraraq, belə razılaşmaların Moskvanın geosiyasi maraqlarına zidd olduğunu bəyan edib.

“Bu, Rusiyanın Zaqafqaziyadakı maraqlarını təhdid edir. Axı, indi ABŞ-da hakimiyyətdə olan axsayan və yıxılan Bayden yox, Trampdır. Bu, Amerikanı qüdrətli etmək istəyən bir adamdır. Bizim bu qüdrətə qətiyyən ehtiyacımız yoxdur. Onun Ermənistana girişməsi şübhəsiz bizim rəqibimiz olacağına ilk işarədir. Təbii ki, Ermənistan artıq belə bir müqavilə bağlayıbsa, onun Rusiya əleyhinə çevrilməsi riskləri var. Tramp bəyan etdi ki, Kanada, Qrenlandiya ABŞ-ın bir hissəsidir. Bu, çox ciddidir. O, əslində imperiya yaradır. Bu, bizim milli maraqlarımıza kökündən ziddir. Təbii ki, Ermənistanda NATO bazaları yerləşəcək və bizim qoşunlarımız oradan çıxarılacaq. Bizim hərbi bazalarımız Gümrü və İrəvanda yerləşir. Bu çox ciddidir. Bütün cənub istiqaməti gücləndirilməlidir” deyə o NSN portalına bildirib.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar.

Избранный
5
4
azpost.info

5Источники