RU

Ərəb mediasında 20 Yanvar faciəsi haqqında məqalə dərc olunub

Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, Suriya, Livan və İraqın mətbuat orqanlarında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun "Qara Yanvar faciəsinin 35-ci ildönümü" sərlövhəli məqaləsi dərc olunub.

“İki sahil” xəbər verir ki, məqalədə Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsindən geniş söhbət açılır, Misir xalqının 1919-cu ildə müstəmləkə zülmünə qarşı mübarizəsi ilə müqayisələr aparılır. Qeyd olunur ki, müxtəlif illərdə azadlıq uğrunda mübarizə aparan Azərbaycan və Misir xalqlarının övladları eyni taleni yaşayıblar.

Bildirilir ki, misirli alim Şeyx Məhəmməd əl-Ğəzali özünün “Acı həqiqət” kitabında 20 Yanvar faciəsində azərbaycanlılara qəddarcasına divan tutulduğunu vurğulayıb, Azərbaycan xalqının beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara məruz qaldığını qeyd edib. Misirli jurnalist Məhəmməd Sələmənin tədqiqat əsərində isə ermənilərin sovet qoşunlarının tərkibində Bakıda dinc əhalinin qətlə yetirilməsində iştirak etdikləri qeyd olunub.

Məqalədə Ümummilli lider Heydər Əliyevin yanvar qətliamını Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirdiyi qeyd edilib. Yazıda erməni silahlılarının Misir xalqına da qarşı qanlı faciə törətdiyi bildirilir. Diqqətə çatdırılır ki, misirli alim Şeyx Əbdülvəhhab əl-Nəccarın "Qanlı Günlər" əsərində 1919-cu illərdə müstəqillik tələb edən Misir xalqına qarşı törədilmiş qanlı faciədə ermənilərin rolundan bəhs edib. Misirli alim həmin əsərində dünya ölkələrinin ikili standartlar mövqeyindən çıxış etməsindən yazaraq bildirir: “Misirin hər guşəsində kəndlər yandırılır, insanlara qarşı soyqırımı törədilir və buna rəğmən heç bir ölkə törədilən bu faciəni qınamır. Amma misirlilərə qarşı düşmənçilik edərək qətliam törədən ermənilərdən qisas almağa başlayanda, dərhal onları qınayırlar”.

Məqalədə Azərbaycana qarşı da ikili standartlardan çıxış edildiyi, ermənilərə dəstək verildiyi vurğulanır. Qeyd olunur ki, otuz il ərzində Qarabağda mədəni abidələrimizi dağıdan və məscidlərimizi təhqir edərək xarabalığa çevirən ermənilərə qarşı heç kim etiraz etmir.

Избранный
3
4
ikisahil.az

5Источники