RU

Maskın yeni layihəsi bütün məxfi məlumatları toplayacaq

Donald Tramp hökumətində nazir vəzifəsini icra edəcək milyarder İlon Maskla İtaliya hökuməti arasında strateji saziş imzalanacaq.

Publika.az xəbər verir ki, bununla bağlı ABŞ-da yerləşən qlobal kibertəhlükəsizlik xəbər orqanı “C4ISRnet” məlumat yayıb.

Şirkətin ABŞ ordusundan əldə etdiyi məlumata görə, müqaviləyə əsasən, İtaliya hökuməti gizli hökumət rabitəsini həyata keçirmək üçün Maskın “Starlink” peyk rabitə sistemindən istifadə edəcək.

Meloni və Mask razılaşdı

İtaliyanın Baş naziri Corciya Meloni də bəyan edib ki, hökumət şifrəli və gizli rabitə üçün İlon Maskın peyk rabitə sistemindən istifadə edəcək. O bildirib ki, dövlət sektorunda “Starlink”in üstün texnologiyasına alternativ ola biləcək başqa bir sistem yoxdur.

Qeyd olunur ki, "Starlink" sistemi İtaliyanın hər yerində, həm də xaricdəki diplomatik və hərbi nümayəndəlikləri üçün kosmosda peyklərlə şifrələnmiş və gizli hökumət rabitə kanalları yaradacaq.

Gizli “HALO” layihəsi

Избранный
4
publika.az

1Источники