RU

Bu balları almayın! - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.

Marja.az AQTA-ya istinadən xəbər verir ki, ticarət şəbəkələrində satılan bal məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən etmək üçün 50 bal məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.

Nümunələrin sınaq nəticəsinə əsasən, 23 bal məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb. 9 istehsalçıya məxsus 27 bal məhsulu partiyasında uyğunsuzluqlar müəyyən edilib.

Aşkar edilmiş uyğunsuzluqlarla bağlı istehsalçı müəssisələrdə plandandankənar yoxlama keçirilib və məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərarlar qəbul olunub. Eyni zamanda həmin müəssisələrdən 2-də məhsulların etiket məlumatlarında nöqsan aşkar edildiyinə görə sahibkarlar inzibati məsuliyyətə cəlb edilib. Aparılan nəzarət tədbirləri zamanı müvafiq rəy əsasında istehlaka yararsız 1560 kq bal məhsulu qanunvericiliyə uyğun olaraq utilizasiya və məhv edilib. Bu istiqamətdə araşdırmalar davam etdirilir.

Uyğunsuzluq aşkarlanan bal məhsulları, istehsalçılar və istehlaka yararsız məhsul partiyaları ilə bağlı məlumatla aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

Избранный
4
22
marja.az

10Источники