RU

Ərdəbilin beş bölgəsində məktəb çatışmazlığı var

Ərdəbil əyalətinin Ərdəbil, Parsabad, Xiyav, Xalxal və Aslanduz şəhərlərində ciddi məktəb çatışmazlığı yaşanır.

Bu barədə əyalətin valisi Məsud İmami Yeganə məlumat verib.

Əyalətdə mövcud olan təhsil ocaqlarının çatışmazlığının aradan qaldırılması üçün yerli xeyriyyəçilərin təşəbbüs göstərmələrini istəyib.

Bununlayanaşı əyalətin Məktəblərin Təmiri İdarəsinin Baş direktoru Behzad Məhəmmədi Xələfli də, Ərdəbildə istifadəyə yararsız məktəblərin olduğunu və onların bərpası üçün kifayət qədər vəsait ayrılmadığına diqqət çəkib.

"Ölkə üzrə şagirdbaşına düşən təhsil sahəsi 8,4 kvadratmetr, hazırda ölkə üzrə mövcud olan sahə isə 5,2 kvadratmetr olduğu halda, Ərdəbil əyalətində bu 4,1 kvadratmetrdir",- o, bölgədə təhsil saəsinin ölkə üzrə orta göstəricidən aşağı olduğunu bildirib.

Xələfli, problemin həlli üçün qarşıdakı 3 il ərzində Ərdəbil əyalətinin xeyriyyəçilərinin vəsaiti hesaına 500 sinif otağının inşa ediləcəyini deyib.

O, hazırda əyalətdə mövcud olan məktəblərin 25%-nin köhnə, istifadəyə yararsız və onların yenidən qurulmalı olduğunu söyləyib.

Qeyd edək ki, uzun illərdir Təhsil Nazirliyinin yerli bölmələri dövlətin yeni məktəblərin tikintisi və köhnə məktəblərin təmiri üçün vəsait ayırmadığını deyirlər.

Bu səbəbdən Azərbaycan əyalətlərində məktəb binalarının çatışmazlığı problemi çox hallarda yerli xeyriyyəçilərin vəsaiti hesabına həll olunur.

visiontv.az



Избранный
3
visiontv.az

1Источники