RU

Qırğızıstan TDT-də birgə təşəbbüslərin hazırlanmasında aktiv iştirak edəcək

Bakı, TurkicWorld

Qırğızıstanın Gömrük Xidməti Türkdilli Dövlətlər Təşkilatında birgə təşəbbüslərin gerçəkləşdirilməsi üzrə layihələrin hazırlanmasında aktiv şəkildə iştirak etməyə, ikitərəfli və çoxtərəfli təmasları möhkəmləndirməyə və öz təcrübəsini bölüşməyə hazırdır.

TurkicWorld xəbər verir ki, bu haqda Qırğızıstanın Maliyyə Nazirliyi nəzdində Dövlət Gömrük Xidmətinin sədr müavini Samat İsabekov Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin 10-cu iclasının gedişində etdiyi çıxışda danışıb.

"Biz birgə səylərimizin ölkələrimizdə biznes və vətəndaşlar üçün daha əlverişli şəraitin yaradılmasına yol açacağına möhkəm şəkildə inanırıq", - deyə o bildirib.

S.İsabekov qeyd edib ki, bugünkü görüş təkcə əməkdaşlıq çərçivəsində vacib hadisə deyil, o həm də birliyin, qarşılıqlı hörmətin və ölkələr arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi səylərinin rəmzidir.

"Türkdilli Dövlətlər Təşkilatı- mədəni və tarixi irsin uğurlu qarşılıqlı-faəliyyət və müasir tapşırıqların həll edilməsində təməl rol oynamasının bariz nümunəsidir. Müasir gömrük xidməti iqtisadi təhlükəsizliyin təmin edilməsində, ticarətin sadələşdirilməsinə və ölkələrimizin dayanıqlı inkişaf üçün şəraitin yaradılmasında həlledici rol oynayır.

Biz onu bilirik ki, qarşımızda proseslərin rəqəmsallaşdırılması, qaçaqmalçılıqla mübarizə, qanunsuz ticarət, o cümlədən biznes və vətəndaşların maraqlarının qorunması kimi yeni çağırışların dayandığını anlayırıq. Bununla əlaqədar mən bizim informasiya mübadiləsi, birgə rəqəmsal çözümlərin inkişafı, əməkdaşlarımızın peşəkarlıq səviyyəsinin artırılması kimi istiqamətlərdə əməkdaşlığımızın gücləndiirlməsinə yönəlmiş bugünki dialoqun vacibliyini vurğulamaq istərdim", - deyə o bildirib.

Избранный
2
2
turkic.world

3Источники