RU

Numan Kurtulmuş:” Qəzzada atəşkəs, davamlı sülhün təmin edilməsi üçün atılan addımların başlanğıcı olmalıdır”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ”Həmas” ilə İsrail arasında əldə olunan atəşkəs razılaşmasını qiymətləndirib.

Rəsmi internet səhifəsində paylaşım edən Numan Kurtulmuş Fələstin xalqının ədalətli mübarizəsinin və şərəfli müqavimətinin bəşər cəbhəsinin səsi olmağa davam etdiyini bildirib.

“Qəzzada atəşkəs, davamlı sülhün təmin edilməsi üçün atılan addımların başlanğıcı olmalıdır. Fələstinin azadlığı və hüquqları sadəcə bir xalqın mübarizəsi deyil, bəşəriyyətin ortaq dəyərlərini qorumaq üçün aparılan mübarizədir”, – deyə Numan Kurtulmuş vurğulayıb.

O, Yaxın Şərqdə sülh və sabitliyin açarının Fələstin xalqının azadlığı olduğunu qeyd edərək belə deyib: “Bu məqsədlə Qəzzada baş verən hər bir müsbət irəliləyiş, davamlı sülh yolunda çox mühüm bir addımdır. Fələstinli şəhidlərin əziz xatirələrini bir daha hörmətlə yad edir və məzlumların qələbəsinin mütləq gerçəkləşəcəyinə ürəkdən inanırıq. Fələstin xalqının azad yaşaya biləcəyi tam müstəqil dövlətə malik olması beynəlxalq ictimaiyyətin tarixi məsuliyyətidir.1967-ci il sərhədləri daxilində paytaxtı Qüds olan Fələstin Dövlətinin tanınması bölgədə davamlı sülh və ədalətin bərqərar olması üçün vacibdir.Türkiyə olaraq Fələstin davasının yanında olmağa davam edəcəyik. Dualarımız Fələstindəki qardaşlarımızladır. Onların ədalətli nəticəyə nail ola biləcəklərinə ürəkdən inanırıq.”

Qeyd edək ki, 2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 45 mindən çox fələstinli həlak olub.

Избранный
1
1
veteninfo.az

2Источники