RU

Yanvarın 16-da Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıya rəsmi səfərə gəlib, yanvarın 17-də isə Gürcüstanın baş naziri İrakli Kobaxidze Bakıya gələcək, “Exo Kavkaza” hökumət mənbələrinə istinadən bildirib.

Qərb ölkələri saxta seçkilərə görə Kobaxidzenin və onun hökumətinin legitimliyini tanımaqdan imtina edirlər.

İndiyə qədər Kobaxidzenin və onun Nazirlər Kabinetinin üzvlərinin rəsmi xarici səfərləri olmayıb.

Azərbaycan prezidenti İlham Əliyev parlament seçkilərində qələbə münasibətilə Gürcü Arzusu Partiyasını təbrik edən ondan az dünya liderinin arasındadır.

Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Boçorişvilinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqları planlaşdırılıb. Onlar görüşün yekunlarına dair mətbuat konfransı keçirəcəklər.

Kobaxidzenin səfərinin detalları məlum deyil. Onun Boçorisvili ilə birlikdə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirakı gözlənilir, News Georgia bildirib.

Избранный
2
turan.az

1Источники