RU

SON DƏQİQƏ! Rusiya Belarusa söz verdi – Peskov İLGİNC DETALLARI açıqladı

"Rusiya Belarusu çətinlikdə qoymayacaq - ölkəmiz müttəfiqimizin təhlükəsizliyinin təmin olunması ilə bağlı öhdəliklərə malikdir".

Musavat.com xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərbin Belarus radikallarının köməyi ilə respublikanın sərhədyanı rayonlarını ələ keçirmək planları ilə bağlı yayılan xəbərləri belə şərh edib.

"Həm ittifaq dövləti, həm də qəbul edilmiş digər qərarlar çərçivəsində müttəfiqimiz Belarusun təhlükəsizliyini təmin etmək öhdəliyimiz həqiqətən var", - deyə Peskov bildirib.

İddia olunur ki, Belarus Təhlükəsizlik Şurası Qərbin sərhəd bölgəsini ekstremistlər vasitəsilə ələ keçirmək və sülhməramlı kimi hərbi qüvvələr göndərmək planları barədə məlumat əldə edib. İddiaya əsasən, Polşada bu məqsədlə xüsusi mərkəz yaradılıb, burada döyüşçülərin təlimi keçirilir.

Musavat.com

Избранный
1
musavat.com

1Источники