RU

Böyük Britaniyanın baş naziri Keir Starmer gözlənilməz səfərlə Kiyevə gəib

AP xəbər verir ki, Böyük Britaniyanın baş naziri Keir Starmer Ukrayna paytaxtına gəlib.

O və Ukrayna prezidenti Vladimir Zelenski müdafiə, elm, enerji və ticarət kimi sahələri əhatə edən “100 illik tərəfdaşlıq” imzalayacaqlar. Razılaşma hər iki tərəfi müdafiə və texnologiya layihələri, o cümlədən pilotsuz təyyarələr üzrə əməkdaşlıq etməyə məcbur edəcək. Müqavilə həmçinin Ukraynanın taxıl tədarükünü izləməyə kömək edəcək sistemin tətbiqini nəzərdə tutur. Böyük Britaniyanın baş naziri səfərdən əvvəl deyib: “Bu, təkcə indiki vaxta aid deyil, həm də növbəti əsr üçün iki ölkəmizə investisiya qoyuluşu haqqındadır”.

“The Guardian” yazır ki, Key Starmer Kiyevə iqtisadiyyatın bərpası üçün 40 milyon funt-sterlinq ayrılacağını elan edəcək. Bu, Starmerin iyul ayında vəzifəyə başladıqdan sonra Ukraynaya ilk səfəridir. O, bundan əvvəl 2023-cü ildə müxalifət lideri olduğu dövrdə ölkəyə səfər edib. Baş nazir kimi isə o, artıq Zelenski ilə iki telefon danışığı aparıb.

//Samir Qurbanov, Editor.az

Избранный
1
1
editor.az

2Источники