RU

“Meydan tv“ işində nizamnamə kapitalı 10 milyon dollar olan müəssisənin adı keçir - FOTO

Meydan TV ilə bağlı cinayət işi ilə bağlı Baku.tv süjet yayımlayıb.

Hurriyyet.az xəbər verir ki, yayımlanan süjetdə pul köçürülmələrində iki özəl təşkilatın - "Baku Elektroniks" və "TBC Bank” adlı bank olmayan təşkilatın adı keçir. 

Belə ki, süjetdə "Baku Elektroniks” firmasının onlayn satış şöbəsində baş əməliyyatçı işləyən Rəvanə Şirməmmədovaya məxsus məxsus GE07TB7258945063400001 "TBC Bank” hesabları vasitəsilə maliyyə qəbul etdiklərini təsdiq edən faktlar müəyyən olunub, habelə layihələrlə əlaqəli bağlanmış müqavilələr, görülən işlərə, sərf edilmiş vəsaitlərə dair hesabat sənədləri, kassa mədaxil qəbzləri və ölkədə həyata keçirilmiş valyuta mübadilə orderləri müəyyən edilib. Bu vəsaitlər təkcə Şirməmmədovanın sözügedən hesabından qəbul edilməyib. Materialda vurğulanır ki, ümumilikdə təxmini 700000 manat dəyərində maliyyə vəsaitlərini Rəna Tahirovaya məxsus GE07TB7583245163400001, Pərvanə Məmmədovaya məxsus GE53TB7428945163400001 və "Yuva Humanitar Mərkəzinin İdarə Heyətində təmsil olunan, elektronika avadanlıqlarının satışı ilə məşğul olan şirkətlərdən birində onlayn satış şöbəsində hazırda baş əməliyyatçı işləyən Rəvanə Şirməmmədovaya məxsus GE07TB7258945063400001 "TBC Bank” hesabları vasitəsilə qəbul etdiklərini təsdiq edən faktlar müəyyən olunub".

Qeyd edək ki, "Baku Elektroniks” firması və "TBC Bank” adlı bank olmayan təşkilat hələ ki, məsələ ilə bağlı açıqlama verməyiblər. 

Xatırladaq ki, "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti 1999-cu ildə təsis edilib. 

Şirkətin nizamnamə kapitalı 10 milyon dollardır. 

"TBC Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC-nin qanuni təmsilçisi Əliyev Əjdər Ənvər oğludur.

Qlobal.az

Избранный
3
1
hurriyyet.az

10Источники