RU

Bananlar niyə yarım ay formasında olur? - maraqlı səbəb

Uşaqdan böyüyə hər kəsin sevdiyi meyvələrdən biri olan banan desertlər üçün əvəzolunmaz olsa da, forması diqqət çəkir. Niyə hər banan əyri və yarım aya bənzəyir?

News24.az xəbər verir ki, bananlar başlayanda düz böyüyür, lakin meyvə yetişməyə başlayan kimi formasını dəyişir. Bu proses zamanı banan bitkilərin tipik davranışını pozaraq fərqli şəkildə hərəkət etməyə başlayır. Bu hərəkatın adı “mənfi geotropizm”dir.

Geotropizm bitkilərin cazibə qüvvəsi ilə necə böyüməsini təsvir edir və əksər bitkilər cazibə qüvvəsinin təsiri altında böyüyür, budaqlar təbii olaraq aşağıya doğru əyilir. Amma banan günəşə çatmaq istəyərək bu qaydanı pozur, çünki əvvəlcə cazibə qüvvəsi ilə aşağıya doğru böyüyən banan günəşi tapmaq üçün yuxarıya doğru bükülməyə başlayır.

Buna görə bananlar yarım ay formasında və əyri olur. Bananlar günəşə doğru çatmaq üçün cazibə qüvvəsinə qarşı qıvrılaraq başlayır, sonra yetişdikcə daha da əyilir və nəticədə məşhur yarım ay şəklini alır.


Məryəm İlhamqızı


Избранный
5
news24.az

1Источники