RU

Yeni Azərbaycan Partiyası müşavirə keçirib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

YAP-dan AZƏRTAC-a bildirilib ki, müşavirədə YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiqlənmiş Tədbirlər Planının icra vəziyyəti müzakirə olunub, nəzərdə tutulan bütün tədbirlərin vaxtında və mütəşəkkil qaydada həyata keçirildiyi bildirilib, qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla seçkiqabağı təşviqat kampaniyasının uğurla davam etdirildiyi və partiya fəallarının bu prosesə fəal cəlb olunduğu diqqətə çatdırılıb. Eyni zamanda, seçki prosesinin sonrakı mərhələsində qarşıda duran vəzifələrin icrasına dair fikir mübadiləsi aparılaraq müvafiq tapşırıq və tövsiyələr verilib.

Azərbaycanın demokratik dəyərlərə sadiq və zəngin seçki təcrübəsinə malik olduğu vurğulanaraq, bələdiyyə seçkilərinin azad, şəffaf, ədalətli keçiriləcəyinə və Yeni Azərbaycan Partiyasının xalqın etimadı əsasında daha bir qələbəyə imza atacağına əminlik ifadə edilib.

Избранный
2
8
xalqqazeti.az

9Источники