RU

Suriya İran və İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub

Türk Hava Yolları Suriyanın yeni hakimiyyət orqanlarının İsrail və İran vətəndaşlarının daşınmasını qadağan etdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq qərar aviaşirkətin saytında yerləşdirilib.

Aviaşirkət Suriya hakimiyyətinin tətbiq etdiyi giriş məhdudiyyətlərinin tam siyahısını dərc edib:

•Sərnişinlər Suriya vətəndaşlığını təsdiq edən sənədləri təqdim etməlidirlər;

•İsrail və İran vətəndaşlarının Suriyaya daxil olması qadağandır;

•Jurnalistlərin Suriyaya daxil olması üçün xüsusi icazə lazımdır.

Избранный
5
operativmm.az

1Источники