Bu gün Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə 20 yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Tezadlar.az xatırladır ki, öncə himnimiz səslənib, sonra isə 20 yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Cəmilə Əhmədova 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. O, çıxışında bildirib ki, 35 il keçsə də törədilən vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ildən çox davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu zəfərlə həm 20 yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb...
Allah şəhidlərimnizə rəhmət eləsin!
YASƏMƏN