RU

Rusiyada Kanadanın QHT fəaliyyətinə arzuolunmaz status verildi

Rusiyanın Baş Prokurorluğu, Kanadanın qeyri-hökumət təşkilatı (QHT) OpenText Corporationun fəaliyyətini ölkə ərazisində arzuolunmaz elan edib.

Bakıvaxtı.az
xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, OpenText Corporation Pentaqonun podratçısıdır və ABŞ-ın hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Həmçinin, Qərb ölkələrinin Rusiyaya qarşı təbliğat kampaniyasını informasiya-texniki baxımdan dəstəkləməkdə iştirak etdiyi bildirilib.

Açıqlamada vurğulanıb ki, təşkilatın Böyük Britaniyada yerləşən bölməsi Micro Focus International, Ukraynanın güc strukturlarına kibertəhlükəsizlik xidmətləri və proqram təminatı təqdim edir. Bu xidmətlərin Rusiya qoşunlarına və infrastrukturuna zərbələr endirmək üçün məlumat toplanmasında istifadə edildiyi qeyd olunub.

Nuriyyə Musayeva

 

Избранный
2
bakivaxti.az

1Источники