RU

ABŞ-nin bu qərarından sonra Kubada siyasi məhbuslar azadlığa buraxılacaq

Kuba ölkədəki siyasi məhbusları azadlığa buraxmağa başlayıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Havana rəhbərliyinin bu addımına səbəb ABŞ-nin siyasi məhbusların azadlığa buraxılması müqabilində Kubanın terrora dəstək verən ölkələr siyahısından çıxarılacağı ilə bağlı açıqlaması olduğu bildirilib.

Kubada müxtəlif cinayətlərə görə məhkum olunan bəzi məhbusların mərhələli şəkildə azadlığa buraxılmağa başlandığı açıqlanıb.

Ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından biri olan Kuba İnsan Haqları Müşahidə Qrupu artıq 18 nəfərin azad edildiyini təsdiqləyib.

Havana rəhbərliyi 553 məhbusun azad ediləcəyini açıqlayıb.
 
Cəmalə
Избранный
2
azxeber.com

1Источники