RU

Ceyhun Bayramovla gürcüstanlı həmkarının geniş tərkibdə görüşü oldu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla gürcüstanlı həmkarı Maka Boçorişvilinin geniş tərkibdə görüşü olub.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

Görüş çərçivəsində tərəflər Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar, habelə regional və qarşılıqlı maraq doğuran beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Ceyhun Bayramov həmkarına münaqişədən sonrakı yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, eləcə də davam edən sülh prosesində mövcud problemlər barədə məlumat verib.

Избранный
3
5
publika.az

10Источники