RU

Sobolev: Ermənistanla ABŞ arasında əməkdaşlıq Rusiyanın Qafqazdakı maraqlarına təhlükədir


Ermənistanla ABŞ arasında imzalanan əməkdaşlıq sazişi, həmçinin yenidən seçilən ABŞ prezidentinin ölkəsinin təsir imkanlarını genişləndirmək üçün iddialı planları, Donald Trampın Rusiyanın ən ciddi rəqiblərindən birinə çevrilə biləcəyindən xəbər verir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev deyib.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken sazişdən əlavə nüvə sahəsində əməkdaşlığa dair saziş üzrə danışıqların başlandığını elan ediblər. Blinken, nizamnamənin imzalanmasının ikitərəfli əməkdaşlığın ambisiyalarını gücləndirdiyini və genişləndirdiyini vurğulayıb, Mirzoyan isə Ermənistan-ABŞ münasibətlərinin hazırkı mürəkkəb beynəlxalq şəraitdə tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd edib. O, həmçinin nüvə əməkdaşlığı üzrə danışıqların başlandığını təsdiqləyib.

Viktor Sobolev bu vəziyyəti Rusiyanın Zaqafqaziyadakı maraqları üçün son dərəcə təhlükəli adlandıraraq, belə razılaşmaların Moskvanın geosiyasi maraqlarına zidd olduğunu söyləyib.
“Əlbəttə, bu, Rusiyanın Zaqafqaziyadakı maraqlarını təhdid edir. Axı, indi ABŞ-da hakimiyyətdə olan Trampdır, axsayan və yıxılan Bayden deyil. Bu, Amerikanı böyük etmək istəyən bir adamdır. Və bizim bu böyüklüyə qətiyyən ehtiyacımız yoxdur. Onun Ermənistana qarışması şübhəsiz bizim düşmənimiz olacağına ilk işarədir və yəqin ki, ən ciddi düşmənimizdir. Təbii ki, Ermənistan artıq belə bir müqavilə bağlayıbsa, onun anti-Rusiya dövlətinə çevrilməsi riskləri var. Yeri gəlmişkən, Blinken və yeni dövlət katibi Ukrayna məsələsində xüsusilə fikir ayrılığına düşmürlər, ona görə də Trampa olan ümidlərimizi bir kənara qoymağa dəyər. Tramp, Kanada və Qrenlandiyaya iddia edir və bu, çox ciddidir. O, əslində imperiya yaradır. Bu, bizim milli maraqlarımıza kökündən ziddir. Təbii ki, Ermənistanda NATO bazaları yerləşəcək və bizim qoşunlarımız oradan atılacaq. Bizim hərbi bazalarımız Gümrü və İrəvanda yerləşir. Bütün cənub istiqaməti gücləndirilməlidir," - deyə Sobolev bildirib.

Musavat.com

Избранный
2
4
musavat.com

5Источники