Fransa Ukraynada sülh üçün istənilən danışıqların bir hissəsi olmalıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Fransa mətbuatına Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barro deyib.
“Biz həmişə demişik ki, ukraynalılar bunu istəsələr, nə vaxtsa Rusiya danışıqlara cəlb oluna bilər, bizim bununla bağlı heç bir tələbimiz yoxdur. Əsas odur ki, Fransa Avropanın təhlükəsizliyi ilə bağlı istənilən danışıqların bir hissəsi olsun”, - deyə nazir qeyd edib.