Ukrayna Baş Qərargahı yeni briqadaların yaradılması prosesini dayandırmaq qərarına gəlib. Mövcud qoşunlar yeni səfərbər olunmuş əsgərlərlə gücləndiriləcək. Bu barədə məlumatı “Forbes” yayıb.
Qeyd edilir ki, bu qərar 155-ci mexanikləşdirilmiş briqadanın ləğvindən sonra verilib. Briqadadakı 5800 əsgərdən təxminən 1700-ü fərarilik etdiyi üçün bölmə Krasnoarmeyskə çatmazdan əvvəl dağıdıldı.
Bundan bir müddət əvvəl bildirilmişdi ki, Ukraynada fərarilərə öz bölmələrinə könüllü qayıtmağa icazə verən qanun qəbul edildikdən sonra 7 mindən çox insan öz bölmələrinə qayıdıb.
TAHİR