RU

Zaxarova: “Aİ-nin missiyasından yaxşı heç nə gözləməyin”

AzVision.az bildirir ki, Rusiya Xarici İşlər nazirliyinin rəsmisi Mariya Zaxarova keçirdiyi brifinqdə belə bəyanat verib.

“Bu missiyanın anti-Azərbaycan, anti-Ruisya, anti-İran məqsədi daşıdığı aydındır. Üstəlik, NATO ölkələri də ona qoşulur. Aydındır ki, bu, kollektiv Qərbin regionda mövcudluğunu möhkəmləndirmək üçün istifadə edilən geosiyasi layihədir. Onun vəzifələri bizə yaxşı aydındır: sabitliyi pozmaq və ondan Cənubi Qafqaz regionunun xalqlarına qarşı istifadə etmək”,- Zaxarova bildirib.

Rusiyalı diplomat qeyd edib ki, Aİ-nin müşahidə missiyasından hərbi-siyasi sabitliyin pozulmasından və Cənubi Qafqaz regionunun geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək lazım deyil.

Aİ missiyasının Cənubi Qafqazın bədənində yad əşya kimi qiymətləndirən Mariya Zaxarova regionun üzləşdiyi bütün aktual problemlərin kənar müdaxilə olmadan kollektiv səylərlə həll edilməsi zərurətinə diqqət çəkib.

İrəvanın reaksiyası Moskvanı təəccübləndirib
Qeyd edək ki, Rusiya Xarici İşlər nazirliyinin rəsmisi xanım Zaxarova teleaparıcı Dmitri Kiselyovun “Vesti nedeli” verilişində Zəngəzur dəhlizi barədə dediklərinə İrəvanın qıcıqlı reaksiyasına da brifinqdə münasibət bildirib.

Sahil İsgəndərov
AzVision.az


Избранный
3
azvision.az

1Источники