RU

Gürcüstan bölgədə sülhün tərəfdarıdır - Maka Boçorişvili

"Əməkdaşlığın inkişafı üçün regionda sülh olmalıdır".

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

Gürcüstan XİN rəhbəri vurğulayıb ki, Gürcüstan hələ də işğaldan əziyyət çəkir:

"Regionda baş verən proseslər region üçün təhdiddir. Ölkələrimizin bir - birinin ərazi bütövlüyü dəstəkləməsi yaxşı haldır. Hər zaman qonşuluq əlaqələrinə üstünlük vermişik. Çalışırıq ki, bölgədə sülh olsun. Baş verən hadisələr fonunda biz dostluğumuzu davam edəcəyik. Söhbət həm ölkələr arasında, həm də beynəlxalq miqyasdan gedir. Azərbaycan - Gürcüstan arasında mədəniyyət, iqtisadi sahədə əlaqələrin gücləndirilməsinin tərəfdarıyıq".


Müəllif: Məlik Məlikov
Избранный
7
teleqraf.com

1Источники