Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.
ONN media Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 71,4 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Bundan öncəki valyuta hərracında bankların dollar tələbi 68,3 milyon ABŞ dollar olub.
Bu il yanvar ayında keçirilən 4 valyuta hərracında isə 285,8 milyon ABŞ dollar satılıb
ONN İnformasiya Agentliyi