RU

Şeyx Əbdül Hacıbala Abutalıbovu məhkəməyə VERƏCƏK

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Fizuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində mülkiyyət hüququnun pozuntusuna görə Azərbaycanın 1 milyon 693 min 892 avro məbləğində təzminat ödəməsinə dair qərar çıxarıb.

Adıçəkilən küçələrə qonşu olan Mirzə Əliyev küçəsi də bu söküntülərdən ziyan görüb. 

Mövzu ilə bağlı həmin küçə sakini Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov Redaktor.az-a şikayətini dilə gətirdi. Xalq artisti buna görə Bakı şəhərinin keçmiş icra başçısı Hacıbala Abutalıbovu məhkəməyə verəcəyini bildirdi:

"Bizim küçə Mirzə Əliyevdir, həmin küçələr sökülüb. Bizim küçə birbaşa ora bağlı olduğu üçün evimiz zədələnib, uçub dağılıb. Mahiyyət etibarilə ya keçəl Həsən, ya Həsən keçəl, eynidir. Mən o işlə bağlı böyük bir məktub hazırlayıram, izahatlı şəkildə Hacıbala Abutalıbovu təzədən məhkəməyə çəkəcəm. Əlimdə olan üç məhkəmə qətnaməsi, Azərbaycan dövləti adından çıxarılan mötəbər qətnamələr qeyd-şərtsiz icra olunmalıdır və icra edilməyən də onun adi vətəndaşdırsa, bir az yüngüldür, müəyyən cərimələr, xəbərdarlıq kifayət edir. Əgər dövlət vəzifəsində olan adamdırsa, o, çox ağır ittihamlarla mühakimə olunmalıdır. Məktubda izahatlı şəkildə bildirəcəm ki, Hacıbala Abutalıbov evləri uçurdub, dağıdıb. Mən damda yaşayıram. 10-12 səhifəlik məktubda heç bir qaranlıq məqam qalmayacaq. Ya təcili surətdə məhkəmə qətnamələrini icra etməli, ya mənim evimi alıb verməlisən, ya da mən təzədən məhkəməyə verəcəm, həbs etdirəcəm. O, ümumiyyətlə qanunla həbs olunmalıdır. Çünki artıq altı-yeddi ildə məhkəmə qətnamələri icra olunmayıb. Bu dərəcədə qanunlara sayğısızlıq, hörmətsizlik etmək nə deməkdir?".

Türkan İSGƏNDƏRLİ

Избранный
3
redaktor.az

1Источники