Azərbaycan 2024-cü il iyunun 1-dən USAİD ilə əməkdaşlığı dayandırıb. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
" Bizim sazişin müddəti 2024-cü ilin fevralında bitirdi. Amma biz əməkdaşlığı davam etdirmək üçün qısamüddətli əsasda onu uzadırdıq. Daha sonra gördük ki, ABŞ daha çox ölkəmizdə öz gündəliyini həyata keçirir və iyunun 1-dən əməkdaşlığı dayandırdıq”, - nazir bildirib.