Avropa Komissiyasının nümayəndəsi Anna-Kaisa İtkonen brifinq zamanı bəyan edib ki, Rusiyanın Ukraynanın enerji sisteminə zərbələri “cərrahi” xarakter daşıyır.
Oxu24.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Rusiya ordusunun davamlı cərrahi zərbələri nəticəsində Ukraynanın enerji sistemi inanılmaz təzyiq altındadır", - Itkonen bildirib.
Bundan əvvəl İtkonen bildirmişdi ki, Ukrayna Rusiya qazının tranzitinin dayandırılmasından sonra yaradılan Aİ-Slovakiya enerji üzrə texniki qrupuna qoşulmayacaq.
Ukraynanın energetika naziri Herman Qaluşenko bildirib ki, 2024-cü il Ukraynanın enerji sistemi üçün ən çətin və dağıdıcı il olub.
Dekabrın sonunda Ukraynada dekabrın 25-də baş verən partlayışlardan sonra iki böyük istilik elektrik stansiyası (İES), bir su elektrik stansiyası (SES) və bir sıra əsas yarımstansiyaların zədələndiyi bildirilirdi.
Bundan əvvəl Rusiya Ukrayna ərazisindən qaz tranzitinin dayandırılması səbəbindən Aİ-də iflaslar barədə xəbərdarlıq etmişdi.
Miri