İran və Rusiya SWIFT ehtiyacını aradan qaldırmaq üçün məxfi maliyyə mesajlaşma kanalı yaratmaq üzərində işləyirlər. AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali məlumat verib."Bank və valyuta əməkdaşlığı sahəsində vəziyyət xeyli yaxşılaşıb. Hazırda biz SWIFT-dən tamamilə xilas olmaqdan ötrü maliyyə mesajlarının mübadiləsi üçün məxfi kanal üzərində işləyirik" - deyə səfir qeyd edibBundan əvvəl İran Mərkəzi Bankının nümayəndəsi Mustafa Qəməri Vəfa bildirib ki, İran qurumun sədri Məhəmməd Rza Fərzin Rusiya ilə bağlanmış sazişin bəzi bəndlərinin icrasını sürətləndirmək üçün danışıqlar aparmaq məqsədilə Moskvaya gedib. Fərzin də Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalamaq üçün yanvarın 17-də Rusiyaya gələcək İran prezidenti Məsud Pezeşkianın nümayəndə heyətinin tərkibində olacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта