RU

Antalya hava limanında doğulan qızın YERİ MƏLUM OLDU

Ötən ilin oktyabrında Moskva vilayəti sakininin Antaliya hava limanında qoyub getdiyi qızın ölkəyə getməsinə Türkiyə hakimiyyəti hələ də icazə verməyib.

Publika.az xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə Uşaq Hüquqları üzrə Müvəkkili Kseniya Mişonova Moskva Şəhər İnformasiya Agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, araşdırmalar davam edir və onlar Ankaradakı konsulluqla əlaqə saxlayırlar. Hazırda qız müvəqqəti olaraq uşaq evində, anası isə istintaq təcridxanasındadır. Mişonova qeyd edib ki, qızı Rusiyaya təxliyə etmək hələlik mümkün olmayıb, çünki onlar hələ də Türkiyə tərəfdən icazə gözləyirlər.

Ötən ilin noyabrında Antalya hava limanında öz yeni doğulmuş qızını tərk edən rusiyalı Yekaterina Burnazkina yerli qanunlara əsasən Türkiyədə mühakimə olunacaq.

Избранный
7
publika.az

1Источники