Britaniyanın neft-qaz şirkəti British Petroleum (BP) 4,7 min işçisini, yəni işçilərinin təxminən 5%-ni, podratçılar arasında isə 3 mindən çox vəzifəni ixtisar edəcək.
Bloomberg bu barədə korporasiyanın rəhbəri Murray Auchinclossun məktubuna istinadən məlumat yayıb.
Xərclərin azaldılması ilə bağlı qərar qəbul edilib. İcraçı direktorun sözlərinə görə, digər tədbirlərin 2025-ci ildə və ondan sonrakı illərdə də eyni məqsədlərə nail olunması gözlənilir.
Qeyd olunur ki, 2024-cü ilin iyun ayından etibarən şirkət 30 layihəni dayandırıb və yaləğv edib, diqqəti ən gəlirli olanlarına yönəldib.