2025-ci ilin əvvəlində Çin 1960-cı illərdən bəri ən uzun deflyasiya dövrü ilə üzləşəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg iqtisadçılara istinadən məlumat yayıb.
Qeyd olunur ki, 2024-cü ilin sonuna kimi Çində qiymətlərdə azalma qeydə alınır, JPMorgan və Citigroup isə deflyasiyanın 2025-ci ilə qədər uzanacağına əminlik ifadə edir.
WSJ həmçinin bəyan edib ki, Çin iqtisadiyyatı həddindən artıq potensiala görə böhranla üzləşib.