RU

Azərbaycan və Gürcüstan XİN rəhbərləri “Regionda sülhün bərqərar edilməsi səylərini” müzakirə ediblər » AzadMedia.az


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Makoy Boçorişvilinin geniş tərkibdə görüşü keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkədəki paylaşımında deyilir.

“Görüşdə Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, müdafiə, iqtisadi, enerji, nəqliyyat, kommunikasiya və humanitar aspektləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib”. “Ceyhun Bayramov həmkarına regionda münaqişədən sonra aparılan yenidənqurma prosesləri, minalardan təmizləmə və sülhməramlı səylər, eləcə də davamlı sülh prosesinə gedən yolda çağırışlar barədə məlumat verib”, - yazıda deyilir.

Bu gün məlum olub ki, Gürcüstan Bakıda yeni səfirlik binası tikəcək. Azərbaycan hökuməti Bakıda yeni səfirlik binasının tikintisi üçün Gürcüstana torpaq sahəsi ayırıb.
Избранный
6
1
azadmedia.az

2Источники