Australian Open-2025-də ilk sensasiya qeydə alınıb.
İdman.biz xəbər verir ki, dünya reytinqində 5-ci pillədə qərarlaşan Daniil Medvedev 2-ci mərhələdə mübarizəni dayandırıb.
Rusiyalı tennisçi reytinq sıralamasında 121-ci olan Lener Tina uduzub. Təsnifat mərhələsinin qalibi amerikalı tennisçi 5 setdə rəqibindən güclü olub. 4 saat 52 dəqiqə davam edən qarşılaşma Medvedevin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb - 3:6, 6:7 (4:7), 7:6 (10:8), 6:1, 6:7 (7:10).
Qeyd edək ki, Tin növbəti mərhələdə Korenten Mute (Fransa) ilə qarşılaşacaq.
İdman.biz