HƏMAS hərəkatı ilə İsrail Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı mənbələrə istinadən məlumat yayıb.
"Bütün tərəflər Qəzza zolağı ilə bağlı saziş imzalayıblar. Sənədə son düzəlişlər edilib", - bildirilib.