Danimarkanın baş naziri Trampın Qrenlandiya ilə bağlı tarif təhdidlərini açıqlayıb
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Danimarka Qrenlandiyadan imtina etməyəcəyi təqdirdə onu sərt tariflərlə hədələyir. Reuters xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mette Frederiksen gələcək Amerika lideri ilə telefon danışığından sonra bildirib. Tramp daha əvvəl ABŞ-ın Qrenlandiyanı almaq təklifindən imtina edəcəyi təqdirdə Danimarkaya sərt tariflər tətbiq etmək niyyətində olduğunu açıqlamışdı. Frederiksenin sözlərinə görə, onunla telefon danışığı zamanı o, bu hədələrdən imtina etməyib.
"Biz Trampla ticarət müharibəsi istəmirik, lakin Danimarka iş adamları ilə birlikdə müharibəyə hazırlaşırıq" dedi. Tramp bundan əvvəl Vaşinqtonun Qrenlandiyaya sahib olmasının “tamamilə zəruri” olduğunu demişdi. Adanın baş naziri Mute Egede bunu şərh edərkən, adanın satılmadığını və heç vaxt satılmayacağını cavablandırıb. Onun sözlərinə görə, Qrenlandiya xalqı onun müstəqil dövlət olmasını istəyir, həm də öz gələcəyini həll edən yeganə şəxs olmaq istəyir. Xatırladaq ki, 1953-cü ilə qədər Qrenlandiya Danimarkanın koloniyası idi. O, hələ də krallığın bir hissəsi olaraq qalır, lakin 2009-cu ildə özünüidarəetmə və daxili siyasətdə müstəqil seçim imkanı ilə muxtariyyət aldı.