Donetsk vilayətində Ukrayna ordusu tərəfində vuruşan azərbaycanlı hərbçi yaralanıb.
"Far.Az"un Şərqi Avropa bürosunun məlumatına görə, Bəşirzadə Təyyar Əli oğlu Donetsk vilayətinin Pokrovsk şəhəri ətrafında güllə yarası alıb.
Hazırda vəziyyəti orta ağır olan azərbaycanlı Ukrayna şəhərlərinin birində xəstəxanaya yerləşdirilib.
Əslən Bərdə rayonundan olan T.Bəşirzadə uzun illərdir Ukraynanın Ternopıl şəhərində yaşayır, müharibəyə qədər bu ölkədə idman sahəsində fərqlənən azərbaycanlılardan olub.