RU

İkardinin telefonu müsadirə edildi

style='margin-bottom:10px;'>

"Qalatasaray"ın hücumçusu Mauro İkardinin telefonu polis tərəfindən müsadirə edilib.

QOL.az xəbər verir ki, 31 yaşlı forvard keçmiş həyat yoldaşı Vanda Nara tərəfindən zorakılıqla ittiham olunub. Vanda Nara İkardini məhkəməyə verib. Argentina polisi isə məsələ ilə bağlı araşdırma aparır.

Araşdırma çərçivəsində İkardinin telefonu müsadirə edilib. Bu barədə "El Dia" məlumat yayıb.

İkardi Buenos-Ayres prokurorluğuna yeni sevgilisi Çin Suares və vəkili ilə birgə baş çəkib. Futbolçu mobil telefonunu təhvil verməli olsa da, cihazın şifrəsini açıqlamaqdan imtina edib.

Qeyd olunur ki, yoxlama telefona tam giriş olmadan da aparıla bilər. Bu halda prokurorluq telefonun açılması üçün rəsmi göstəriş gözləyəcək və bu halda futbolçu telefonun içindəki materiallara girişi rədd edə bilməyəcək.

Xatırladaq ki, daha əvvəl Vanda Nara keçmiş ərinin onu intim videolarını yaymaqda hədələdiyini bildirmişdi. Vanda həmçinin İkardini mediada onu biabır etmək üçün jurnalistlərə 20 min dollardan çox pul ödəməkdə ittiham edib. 

Избранный
13
4
teleqraf.com

9Источники