RU

Azərbaycanda tələbə sevdiyi qıza görə sirkə turşusu içdi

Gəncədə 20 yaşlı Tural Məhərrəmov sirkə turşusundan zəhərlənib. Hadisə şəhərin Ozan küçəsindəki evlərdən birində qeydə alınıb.

Belə ki, Tural Məhərrəmov xəstəxanaya yerləşdirilib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki akademik Zülfüqar Məmmədov adına xəstəxanadan verilən açıqlamaya görə, xəstənin huşu özündə olsa da, vəziyyəti ağırdır.

Xəstənin sözlərinə görə, sirkə turşusunu səhvən su ilə qarışdıraraq içib. O, mədəsi yuyularaq Reanimasiya şöbəsinə köçürülüb.

Qeyd edək ki, Sumqayıt sakini olan T.Məhərrəmov Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olub.

Oxu.Az-ın məlumatına görə, onun sevdiyi qıza görə sirkə turşusu içdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:

 

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Editor.az  APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü T.Məhərrəmov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal yardım göstərilsə də, vəziyyətinin ağır olduğu bildirilir.

T.Məhərrəmovun Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olduğu qeyd edilib. Onun sevdiyi qıza görə, sirkə turşusu içdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
7
2
editor.az

3Источники