Moskva "Dinamo"sunun qapıçısı Andrey Lunyov avrokuboklar üçün darıxdığını bildirib.
Sportinfo.az xəbər verir ki, 33 yaşlı kiper Rusiyanın "sport24" saytına açıqlamasında deyib:
“Hər kəs kimi, mən də avrokuboklar üçün darıxıram. Ümid edirəm ki, yaxın gələcəkdə bizi geri qaytarmağa başlayacaqlar.
Buna hazırıq, ya yox — həmin zaman görəcəyik. Bu haqda danışmaq qəribədir.
Oyunlar olsaydı, o zaman nəsə danışa bilərdik. Amma biz yenə də futbol oynayırıq — bizi qaytarana qədər bu işi atmamışıq".
FİFA və UEFA-nın qərarına əsasən, bütün Rusiya klubları və yığma komandaları beynəlxalq turnirlərdən uzaqlaşdırılıb. Buna səbəb 2022-ci ildə başlayan Ukrayna - Rusiyamüharibəsidir
Andrey Lunyov ötən mövsüm "Qarabağ"ın heyətində Avropa Liqasının oyunlarında iştirak edib.