RU

Diallodan het-trik, "Mançester Yunayted"dən fantastik geridönüş

Futbol üzrə İngiltərə Premyer Liqasında XXI tura yekun vurulub.

Apasport.az xəbər verir ki, dumanlı albionda həftəyə 2 matçla yekun vurulub. 

"İpsviç" doğma meydanda "Brayton"u qəbul edib. Qonaqlar matçın 2-ci hissəsində vurduğu 2 cavabsız qolla səfərdən 3 xalla qayıdıb (0:2).

Günün ikinci matçında isə yeni baş məşqçisi Ruben Amorimlə uğursuzluq zolağında gəzən "Mançester Yunayted" və "Southempton" qarşı-qarşıya gəlib.

Dramatik sonluqla keçən matçda "Old Tarfford"a toplanan azarkeşlər möhtəşəm geridönüşə şahid olublar.

82-ci dəqiqəyə 0:1 geridə girən mankunianlar Amad Diallonun ardıcıl 3 qolu ilə oyundan 3 xalı qoparmağı bacarıb (3:1).

Beləliklə, xallarının sayını 26-ya yüksəldən "qırmızı şeytanlar" turnir cədvəlində 12-ci pilləyə yüksəliblər.

"Southempton" isə aktivindəki 6 xalla liqanın dibinə dəmir atmağa davam edib. 

“İnter” argentinalı ilə razılaşdı

Villian İngiltərəyə qayıda bilər

“Siti”dən 60 milyon avroluq həmlə

İspaniya millisinin üzvü PSJ-ni tərk edə bilər

“Fənərbaxça”dan transfer bombası - Mourinyo həmyerlisini istəyir

Избранный
18
3
apasport.az

4Источники