Gökdeniz Karadeniz “Rubin”in ikinci komandası ilə müqavilənin müddətini uzadıb. SİA xəbər verir ki, bu barədə Kazan klubu rəsmi saytında bildirib. “Gökdeniz Karadeniz daha bir il bizimlədir! “Rubin-2”nin baş məşqçisi ilə yeni müqavilə 2025-ci ilin sonuna qədər nəzərdə tutulub”, – deyə klubun açıqlamasında bildirilir.
“Rubin-2” Leon İkinci Liqasının B Divizionunda çıxış edir. 2024-cü il mövsümündə Gökdeniz Karadenizin komandası 26 matçdan sonra 46 xalla 4-cü yeri tutub.