RU

BMT 2024-cü ildə Ukraynada dinc əhali arasında itkilərin ciddi şəkildə artdığını bildirib

BMT, "Ötən il mülki şəxslər arasında ölüm və yaralanmaların ümumi sayı əvvəlki illə müqayisədə 30 faiz artmışdır. Xüsusilə uşaqlar arasında itkilərin artması narahatedicidir" açıqlamasını verib.

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında (BMTTŞ) Ukraynadakı vəziyyətlə bağlı iclas keçirilib.

"Operativ Media" xəbər verir ki, iclasda üzv dövlətləri məlumatlandıran BMT-nin Siyasi İşlər üzrə Baş katibinin müavini Rozmari DiKarlo, yeni ilin sülh və əmin-amanlıq gətirəcəyi gözlənildiyi halda, Ukraynada toqquşmaların artaraq davam etdiyini qeyd edib.

DiKarlo, 2024-cü ildə mülki itkilərdə ciddi artımın müşahidə edildiyinə diqqət çəkərək, "Ötən il mülki şəxslər arasında ölüm və yaralanmaların ümumi sayı əvvəlki illə müqayisədə 30 faiz artmışdır. Xüsusilə uşaqlar arasında itkilərin artması narahatedicidir. 2024-cü ilin ilk doqquz ayında, 2023-cü ilin ümumi göstəriciləri ilə müqayisədə daha çox uşaq həyatını itirmiş və ya yaralanmışdır," - deyə bildirib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) məlumatına əsasən, 2022-ci ilin fevralından 2024-cü il dekabrın 31-dək 669-u uşaq olmaqla, ən azı 12 456 mülki şəxsin həyatını itirdiyini bildirən Rozmari DiKarlo, 28 382 mülki şəxsin yaralandığını qeyd edib.

DiKarlo, 2024-cü ildə məktəblərə və xəstəxanalara edilən hücumların da artdığını vurğulayaraq, 9 ay ərzində 580-dən çox təhsil və səhiyyə müəssisəsinin zərər gördüyünü və ya tamamilə məhv edildiyini açıqlayıb.

Избранный
7
operativmedia.az

1Источники