RU

Topdansatış müəssisəsi belə sistemə malik olmalıdır

Topdansatış müəssisəsi yerinə yetirilən funksiyalara müvafiq olaraq anbar sahələrinə (dərman vasitələrinin qəbulu sahələri, dərman vasitələrinin əsas saxlanma sahələri, dərman vasitələrinin xüsusi saxlanma rejimi tələb edən sahələri, ekspedisiya sahələri), avadanlıq və inventara, dərmanların saxlanılması üçün stellajlara, altlıqlara, nazik tirlərə, termolabil dərman vasitələrinin saxlanması üçün idxal olunan dərman vasitələrinin həcminə uyğun əczaçılıq soyuducularına, xüsusi soyuducu kameralara, doldurma-boşaltma işlərinin mexanikləşdirilməsi üçün vasitələrə, havanın parametrlərinin qeydiyyatı üçün cihazlara (termometr, hiqrometr), dərman vasitələrinin hesabat sənədləşməsinin və məlumat ədəbiyyatının saxlanması üçün qapanan metal şkaflara və seyflərə, geyinmə otağında üst və xüsusi geyimlərin, ayaqqabıların saxlanması üçün şkaflara, sanitar rejiminin təmin olunması üçün dezinfeksiyaedici vasitələrə və təsərrüfat inventarlarına, inzibati-məişət yerlərinə (şəxsi heyətin və idarəetmə aparatının sayına uyğun köməkçi otaqlar, qida qəbulu yerləri, sanitar-məişət yerləri və s.), dərman vasitələrinin mənfi temperaturda saxlanması üçün dondurucu kameraya, dərman vasitələrinin (+2, +8)0 C-də daşınması üçün konteyner sisteminə, elektrik enerjisi kəsildikdə dərman vasitələrinin saxlanma rejimini təmin etmək üçün generatorlu elektrik təchizatı sisteminə malik olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “  Dərman vasitələrinin topdansatışının həyata keçirilməsi üçün yerlər və avadanlıqlar”da əksini tapıb.

Избранный
8
heftelik.az

1Источники