Ajans.az xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.
Xarici siyasət idarəsinin keçmiş rəhbərinin sözlərinə görə, Trampın Kanada, Qrenlandiya və Panama boğazı haqqında söylədiyi sözlərdən sonra dünya qaydaların olmadığını və müstəsna milli maraqların mövcudluğunu nəzərdə tutan doktrinanın elan edilməsinin şahidi olub. Kulebanın sözlərinə görə, Putin həm də milli maraqları düşünür.
“Onların hər ikisi 19-cu əsrdə anadan olmalı idi. 1815-ci ildə Vyana Konqresindən sonra, monarxlar dünyanın necə işləyəcəyi ilə bağlı razılığa gələndə: “mən haradayam, hər şey mənimdir və siz ora qarışmırsınız. Əgər mən problemlə üzləşməyə başlasam, siz gəlib kömək edin” sözlərini deyirdilər”, - ukraynalı diplomat “Suspilne Novyny”yə müsahibəsində bildirib.
Bununla belə, Kulebanın qeyd etdiyi kimi, 21-ci əsrdə “kontekst bir qədər fərqlidir”, ona görə də münaqişəni “süvarilərin hücumu” ilə dayandırmaq olmaz. Bundan əvvəl Kuleba bildirib ki, Tramp Ukraynada tezliklə sülhə nail ola bilməyəcək , lakin o, Kiyevə hərbi yardımın dayandırılması qərarını dəyişdirə biləcək.