RU

Neymarın gələcəyi ilə bağlı mühüm qərar

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı hücumçusu ölkə çempionatının ikinci yarısı üçün komandanın heyətində yer almayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Əl-Hilal"ın baş məşqçisi Xorxe Jesus məlumat verib.

"Neymar qeydiyyatdan keçməyəcək, lakin o, Asiya Çempionlar Liqasında iştirak edə bilər. O, dünya səviyyəli oyunçudur. Amma həqiqət budur ki, fiziki cəhətdən Neymar artıq bizim öyrəşdiyimiz səviyyədə çıxış edə bilməz", - deyə Xorxe bildirib.

Qeyd edək ki, Neymarın "Əl-Hilal"la müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir.

Избранный
2
operativmm.az

1Источники