RU

Elm və Təhsil Nazirliyi internet çəkilişləri üçün kosmik məbləğ xərcləyəcək - 17,5 milyon manat 

Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “Azərbaycan Respublikasının şəhər və rayonlarında yerləşən təhsil müəssisələrini Fiber-Optik, ADSL, GPON və Simsiz rabitə kanalları vasitəsilə təhsil sisteminin korporativ intranet və internet şəbəkələrinə çıxışının təmin edilməsi” tenderinin nəticələrini elan edib.

Mia.az
FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Azedunet” MMC (VÖEN: 1301531871) olub.

Qalib şirkətlə 17 512 181 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “Azedunet” MMC şirkəti 14.12.2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 6 340 000 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Natiq Yəhyayev Rza oğludur.

Xatırladaq ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Избранный
6
1
mia.az

2Источники