“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov rusiyalı futbolçulara məsləhət verib.
"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov rusiyalı futbolçulara Avropada çıxış etməyi məsləhət edib.
"Operativ Media" Futbolinfo.az-a istinadən xəbər verir ki, Almaniyada “Bayer”in, Azərbaycanda isə “Qarabağ”ın heyətində legioner həyatı yaşamış 33 yaşlı qolkiper həmyerlilərinə ölkə xaricinə çıxmağı tövsiyə edib.
Onun fikrincə, futbolçular digər liqalarda daha çox inkişaf edə bilərlər: “İnkişaf etmək üçün Avropaya getməlisiniz. Orada daha da böyüməyə kömək edən rəqabət mühiti var. Bizdə də rəqabət var. Lakin Avropada komandalar və oyunçular fərqli səviyyəyə malik olduqlarından, orada daha rəngarəngdir”.
Qeyd edək ki, Andrey Lunyov 2023-24 mövsümündə “Qarabağ”ın şərəfini qoruyub