Dövlətin ən mühüm institutlarını bilərəkdən zəiflətmək cəhdinə müvafiq cavab veriləcək.
SeherXeber.org xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tiflisdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri ilə görüşdə deyib.
Bildirilib ki, Kobaxidze nümayəndə heyəti ilə onları maraqlandıran bütün məsələlər, o cümlədən parlament seçkilərindən sonra yaranmış siyasi vəziyyət və bu prosesin idarə olunması istiqamətində dövlət qurumlarının atdığı addımlar barədə ətraflı danışıb.(axar.az)